Düşür Qarmağa

Rafiq ODAY

*

Ölümün gözləri gülür, –
Cavanlar düşür qarmağa.
Yağlılar eyş-işrətində,
Yavanlar düşür qarmağa…

*

Önümüzə hər tip çıxır,
Xeyir çıxır, şər tip çıxır.
Bicəngələr çərtib çıxır,
“Avam”lar düşür qarmağa.

*

Bir gün ağı, bir gün layla,
Üzümüz gülməyir ayla,
Kim desə ki, bu dünyayla
Davam var, düşür qarmağa.

*

Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının Əməkdar jurnalisti,

Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru

Düşür Qarmağa” için 2 yorum

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Facebook
Twitter
YouTube
Instagram