Kamran MURQUZOV
*
Tarixlər boyunca, əsrlər boyu,
Yoxdu ehtiyacın sənin, ay Allah!
Gördük fəlsəfəin öyrəndik bu gün,
Arpanın, buğdanın, dənin, ay Allah!
*
Fərhada göstərdin, Şirinə göstər,
Müsəlman olanın birinə göstər.
Səmtini göstərdin, yerini göstər,
Dumanın, çiskinin, çənin, ay Allah!
*
Dağıt həsrətləri ovsunlu gözdən,
Bal kimi süzülüb, tökülən gözdən.
Qəmzəli baxışdan, aylı bir üzdən,
Yox eylə kədərin, qəmin, ay Allah!
*
Sevək sevənlərin əziz xətrini,
Həlqəyə düzməyək şerin sətrini.
Gərək ki, bu gündən bilək qədrini,
Bütövün, yarımın, tənin, ay Allah!
*
Bir nurlu baxışdan var eyləmisən,
Dağların başını qar eyləmisən.
İki sevən qəlbi yar eyləmisən,
Ucadı məqamın sənin, ay Allah!
–
Kamran MURQUZOV
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi.